Bakı. Trend:
Azərbaycan millisinin və “Qarabağ”ın sabiq futbolçusu Riçard
Almeyda Braziliyada klubunu dəyişib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi D
seriyasında yarışam “Alvinegro”ya transfer olunub. Bu haqda klubun
yaydığı açıqlamada bildirilib.
“Qarabağ”dan ayrıldıqdan sonra “Primavera” klubunda çıxış edən
və 2026-cı il Paulista A1 çempionatında oynayan Riçard artıq yeni
komandası ilə məşqlərə başlayıb.

