“Real Madrid” “Selta Viqo”nu məğlub edib – İspaniya La Liqası

Baş səhifə

Bakı. Trend:

İspaniya La Liqasının 27-ci turunda “Selta Viqo” və “Real
Madrid” komandaları arasında keçirilən oyun başa çatıb.

Trend xəbər verir ki, matç
Viqodakı “Abanca Balaídos” stadionunda oynanılıb və 2:1 hesabı ilə
qonaqların xeyrinə başa çatıb.




“Real Madrid”in yarımmüdafiəçisi Orelyen Tçuameni 11-ci dəqiqədə
hesabı açıb. “Selta Viqo”nun hücumçusu Borxa İqlesias 25-ci
dəqiqədə hesabı bərabərləşdirib. 90+4-cü dəqiqədə yarımmüdafiəçi
Federiko Valverde “Real Madrid”in qələbə qolunu vurub.