
İrandan Azərbaycana martın 3-də saat 17:00-dan 19:00-a qədər “Astara” Dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə ümumilikdə 50 nəfərin təxliyəsi həyata keçirilib.
“Report”un Cənub bürosu xəbər verir ki, onlardan 7-si Azərbaycan vətəndaşı olub.
Bundan başqa, Çin 16, Rusiya 15, Cənubi Afrika Respublikası 3, Gürcüstan 2, Filippin, İtaliya və Nigeriyanın hərəsinin 1 vətəndaşı təxliyə edilib.
Rusiya vətəndaşlarının ikisi səfirlik əməkdaşı olub.
İrandan Azərbaycana martın 3-də saat 15:00-dan 17:00-dək daha 66 nəfər təxliyə edilib.
“Report”un Cənub bürosu xəbər verir ki, bu saatlarda təxliyə edilənlərin 19-u Azərbaycan, 32-si Oman, 4-ü İsveçrə, 3-ü Meksika, 3-ü Çin, 2-si isə Pakistan vətəndaşıdır.
Qeyd edək ki, bununla martın 3-də saat 13:00-dan 17:00-dək İrandan Azərbaycana təxliyə olunanların ümumi sayı 182 nəfər təşkil edib.
İrandan Azərbaycana martın 3-də saat 13:00-dan 15:00-dək daha 116 nəfər təxliyə edilib.
“Report”un Cənub bürosu xəbər verir ki, təxliyə edilənlərin 16-sı Azərbaycan, 42-si Çin, 41-i Tacikistan, 7-si Oman, 4-ü Pakistan, 3-ü İran, 3-ü isə Qırğızıstan vətəndaşıdır.

