Pakistan – Əfqanıstan toqquşmalarında 352 əfqan hərbçi həlak oldu

Baş səhifə

Bakı. Trend:

Əfqanıstanın Pakistan qüvvələri ilə toqquşmalarında həlak olan
hərbi qulluqçularının sayı azı 352 nəfərə çatıb, 535-dən çox şəxs
yaralanıb.

Trend xəbər verir
ki, bu barədə Əttaulla Tarar “X” sosial şəbəkəsində açıqlama
verib.

Onun sözlərinə görə, qonşu ölkə ərazisində 41 obyektə hava
zərbələri endirilib. Pakistan ordusu 130 əfqan məntəqəsini məhv
edib, daha 26-sını nəzarətə götürüb. Bundan əlavə, Pakistan Silahlı
Qüvvələrinin “Taliban”ın 171-dən çox zirehli texnikasını vurduğu
bildirilir.




Bundan əvvəl toqquşmalarda 331 əfqan hərbçinin həlak olduğu
açıqlanmışdı.

Fevralın 26-da axşam saatlarında Pakistan–Əfqanıstan sərhədində
döyüşlər yenidən başlayıb. Kabul Pakistanın son hava zərbələrinə
cavab olaraq hərbi əməliyyat keçirdiyini bəyan edib. Xavaca Asif
isə ölkəsi ilə Əfqanıstandakı “Taliban” hökumətinin açıq silahlı
qarşıdurma vəziyyətində olduğunu bildirib.