
Bakı. Trend:
Benyamin Netanyahu İsrailin hava hücumlarının İranın Ali Rəhbəri
Əli Xameneinin iqamətgahını dağıtdığını bildirib.
Trend-in
məlumatına görə, Netanyahu çıxışı zamanı əməliyyatın əsas dövlət
müəssisələrini hədəf aldığını deyib və davam edən hadisələri
“dəyişiklik üçün tarixi fürsət” adlandırıb.
O, vətəndaşları küçələrə çıxmağa və “rejimi devirmək işini” başa
çatdırmağa çağırıb.
İran hakimiyyəti tərəfindən Xameneinin vəziyyəti ilə bağlı
hələlik rəsmi təsdiq verilməyib.

