Bir İtaliya, 12 Azərbaycan vətəndaşı İrandan təxliyə edilib – YENİLƏNİB

Baş səhifə

ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda Azərbaycan vətəndaşlarının qonşu ölkədən təxliyəsi davam edir.

Modern.az xəbər verir ki, fevralın 28-i saat 08:00-dan martın 1-i saat 00:00-dək ümumilikdə 12 vətəndaşın İrandan təxliyəsi həyata keçirilib.

İrandan təxliyə edilən vətəndaşlardan üçü azyaşlıdır.

Bununla yanaşı, bir İtaliya vətəndaşı da “Astara” sərhəd-keçid məntəqəsindən Azərbaycana keçib. (Report)

22:28 28.02.2026

ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda Azərbaycan vətəndaşlarının qonşu ölkədən təxliyəsi davam edir.

Modern.az xəbər verir ki, daha bir qrup vətəndaşın Azərbaycana təhlükəsiz keçidi təmin edilib. (Report)

20:24

Yeddi Azərbaycan vətəndaşı İrandan təxliyə edilib.

Modern.az xəbər verir ki, ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda Azərbaycan vətəndaşlarının qonşu ölkədən təxliyəsi həyata keçirilib.

Bu gün saat 08:00-dan 20:00-dək yeddi vətəndaşı Azərbaycana təxliyə olunub. (Report)