Bakıda yol qəzası nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan qadın xilas edildi (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
paytaxtın Binəqədi rayonu, Binəqədi şosesində yol-nəqliyyat
qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə
qalması barədə məlumat daxil olub.

Bu barədə Trend
FHN-dən bildirilib.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli
Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində
əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai”
markalı minik avtomobilinin yol kənarında park edilmiş yük
avtomobilinə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və
minik avtomobilinin sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri
alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı
vəziyyətdə qalıb.




Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə
vətəndaş, 1963-cü il təvəllüdlü Əliyeva Böyükxanım Böyükağa qızını
xilas edərək, təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat
aparılır.