Avstraliya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Baş səhifə

Bakı. Trend:

Avstraliya Rusiya ilə əlaqəli 180 fiziki şəxsə, şirkətə və
“kölgə donanmasına” qarşı yeni sanksiyalar tətbiq edib.

Trend xəbər verir
ki, bu barədə Avstraliyanın Baş naziri Entoni Albaneze “X”
səhifəsində məlumat paylaşıb.




Hökumət başçısı bildirib ki, Moskvanın Kiyevə münasibətdə
apardığı siyasət beynəlxalq hüququ pozur.

Albaneze bu addımları “qanunsuz və qəbuledilməz” adlandıraraq
qeyd edib ki, yeni sanksiyalar Rusiya Federasiyasının rəhbərliyinə
təzyiqi artırmağa yönəlib. Baş nazirin sözlərinə görə,
Avstraliyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların sayı
1800-ü ötüb.