ABŞ Venesueladan 50 milyon barel neft qəbul etdi – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ Venesueladan Hyustona çatdırılacaq 50 milyon barel neft
qəbul edib.

Trend-in
məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Corciya
ştatındakı polad zavodunda tərəfdarları qarşısında çıxışı zamanı
bildirib.




“Venesuela ilə əla münasibətlərimiz var. Biz onlara neftlə bağlı
kömək edirik, onların çoxlu nefti var. Bizdə də, amma onlara çox
kömək edirik. Biz 50 milyon barel neft aldıq və hazırda nəhəng
gəmilər onu Hyustona daşıyır”, – deyə D.Tramp bildirib.