ABŞ təyyarələri iki gün ərzində Yaxın Şərqə 30 reysdən çox yük daşıyıb

Baş səhifə
ABŞ təyyarələri iki gün ərzində Yaxın Şərqə 30 reysdən çox yük daşıyıb

ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus ağır hərbi-nəqliyyat təyyarələri Yaxın Şərq bazalarına fəal şəkildə yük daşımağa davam edir.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Flightradar24” və “ADS-B Exchange” aviasiya resursları məlumat yayıb.

Son iki gün ərzində “C-17A Globemaster III” və “C-5 Galaxy” təyyarələri 30-dan çox reys həyata keçirib, əsasən Texas ştatından – Patriot və THAAD sistemləri ilə təchiz olunmuş ordu birləşmələrinin və hava hücumundan müdafiə (HHM) bölmələrinin yerləşdiyi aerodromlardan havaya qalxıblar.

ABŞ-nin “KC-135 Stratotanker” və “KC-46 Pegasus” yanacaqdolduran təyyarələri əlavə döyüş aviasiyası qruplarının ABŞ ərazisindən və Avropa bazalarından köçürülməsinə dəstək məqsədilə 30-dan çox reys həyata keçirib.

“Axios” portalının məlumatına görə, regiona, həmçinin 50-dən çox “F-35”, “F-22” və “F-16” qırıcısı göndərilib, bu da Yaxın Şərq bazalarında ABŞ döyüş təyyarələrinin ümumi sayını 114-ə çatdırıb. Ekspertlər qeyd ediblər ki, qruplaşmanın gücləndirilməsi İrana qarşı mümkün hərbi əməliyyatla bağlıdır.