2025-ci ildə Azərbaycandan Serbiyaya təbii qaz ixracı artıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Azərbaycandan Serbiyaya 119,8 milyon ABŞ dolları
dəyərində, 226,1 milyon kumbetr həcmində təbii qaz ixrac
olunub.

Trend bu barədə
Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, 2024-cü ilin göstəricisi ilə müqayisədə bu dəyər
ifadəsində 90,6 milyon ABŞ dolları və ya 4,1 dəfə , həcm baxımından
isə 154 milyon kubmetr və ya 3,1 dəfə çoxdur.




2024-cü ildə Azərbaycandan Serbiyaya 29,2 milyon ABŞ dolları
dəyərində 72,1 milyon kubmetr həcmində təbii qaz ixrac
olunmuşdu.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycandan ümumi dəyəri 8,821
milyard ABŞ dolları olan 25,187 milyard kubmetr həcmində təbii qaz
ixrac edilib. Bu göstərici 2024-cü illə müqayisədə dəyər ifadəsində
414,5 milyon ABŞ dolları və ya 4,9% çox, həcm baxımından isə 584,9
milyon kubmetr və ya 2,3% az olub.