Fransa klubunun yeni baş məşqçisi məlum olub

Baş səhifə

Bakı. Trend:

Fransanın “Renn” klubunun yeni baş məşqçisinin adına aydınlıq
gətirilib.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.




Məlumata görə, Liqa 1 təmsilçisini Frank Ez çalışdıracaq. 54
yaşlı mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan
müqavilə imzalanıb.

Qeyd edək ki, Frank Ezin son iş yeri “Nitsa” olub.