
Bakı. Trend:
Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması
istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Bakı şəhəri,
Sabunçu rayonu ərazisində yerləşən Leyla Məmmədbəyova küçəsində
təmir işlərinə start verilib.
Trend xəbər verir ki, bu
barədə AAYDA məlumat yayıb.
Bildirilir ki, küçənin ümumi uzunluğu 1700 metr, orta eni isə
11.5 metr təşkil edir.
“Təmir işləri çərçivəsində küçənin 570 metrlik hissəsində (Yavər
Əliyev və Əhmədbəy Ağayev küçələri arası) deformasiyaya uğramış
köhnə asfalt-beton örtüyü xüsusi texnika vasitəsilə frezlənərək
ərazidən kənarlaşdırılıb. Əvəzində 6 500 kvadratmetr sahədə yeni
asfalt-beton örtüyü döşənib. Bununla yanaşı zəruri hissələrdə səki
daşları yenilənib.
Təmir işləri “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə və
əvvəlcədən tərtib olunmuş iş qrafikinə əsasən həyata keçirilir.
İşlərin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün əraziyə
kifayət qədər canlı qüvvə və xüsusi texnika cəlb edilib.
Görülən işlər nəticəsində yol örtüyünün keyfiyyətinin
yüksəldilməsi və rahat gediş-gəlişin təmin olunması nəzərdə
tutulur”, – qurumdan əlavə olunubş


