Bakı. Trend:
Madaqaskar Fəlakətlərin İdarə Edilməsi İdarəsi bazar ertəsi günü
bildirib ki, ötən həftə adanı cənginə alan “Gezani” siklonu
nəticəsində azı 59 nəfər ölüb.
Trend bu barədə xarici
KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, siklonun gətirdiyi qasırğa 16.428 nəfəri evsiz
qoyub, 15 nəfər itkin düşüb, 804 nəfər yaralanıb və 423.986 nəfər
təbii fəlakətdən zərər çəkib.
Birləşmiş Millətlər Təşkilatının humanitar ofisinin məlumatına
görə, “Gezani” digər şiddətli “Fytia” tropik siklonunun 14 nəfərin
ölümünə və 31.000-dən çox insanın evini tərk etməsinə səbəb
olmasından cəmi 10 gün sonra ölkəni bürüyüb.
Meteorologiya xidmətinin açıqlamasında bildirilir ki, siklon
Mozambik kanalından qərbə doğru hərəkət edərək adanın cənub ucunda
10 metrə qədər güclü dalğalar gətirib.

