Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri açıqlandı

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycan 13,320 milyon kilovatt-saat
elektrik enerjisi ixrac edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər
verir.

Məlumata görə, elektrik enerjisinin ixracından əldə olunan gəlir
639,6 min ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin ixracı
həcm ifadəsindən 127,6 milyon kilovatt-saat və ya 10,6 dəfə, dəyər
ifadəsində isə 7,1 milyon ABŞ dolları və ya 12,2 dəfə azalıb.




Hesabat ayında elektrik enerjisin ixracının qeyri-neft
sektorundakı payı 0,24% təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə
3,538 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu,
ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard dollar və ya 30,5%
azdır.

Xarici ticarət dövriyyəsinin 2,236 milyard ABŞ dolları ixracın,
1,302 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 802 milyon dollar və ya 26,4%, idxal isə 750 milyon dollar və
ya 36,5% azalıb.

Yekunda xarici ticarətdə 933,6 milyon dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 52,4 milyon dollar və ya 5,3%
azdır.