BƏƏ-nin “Al-Tayeb” şirkəti Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Al-Tayeb” şirkəti
Azərbaycanla kənd təsərrüfatı məhsulları üzrə əməkdaşlıq
imkanlarının genişləndirilməsində maraqlıdır.

Bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Al-Tayeb” şirkətinin
direktoru Riyad Cabbar bu gün Bakıda keçirilən Azərbaycan – BƏƏ
qida və kənd təsərrüfatı işgüzar dəyirmi masası çərçivəsində
Trend
açıqlamasında deyib.

O bildirib ki, hazırda Azərbaycan şirkətləri ilə əməkdaşlıq
edirlər:

“Əsasən meyvə, tərəvəz və quş əti məhsullarının tədarükü ilə
məşğuluq. Biz Azərbaycan tərəfdən hipermarketimizə daha çox imkan
axtarırıq, bəlkə paylama imkanları və supermarket məhsulları
mövcuddur. Əsasən meyvə, tərəvəz, ət və quş əti sahəsində imkanlar
olduğunu düşünürük”.




Daha sonra şirkət rəsmisi təmsil etdiyi korporasiya barədə
məlumat verib:

“Biz dünya üzrə güclü bir tədarük ofisinə sahibik, təxminən 25
ölkədə öz tədarük ofislərimiz var, çünki məhsulu birbaşa
fermerlərdən və təchizatçılardan alırıq və bütün müştərilərimizə
satırıq. Biz güclü bir e-ticarət platformasına sahibik, gündəlik
təxminən 300,000 müştəriyə xidmət göstəririk. Həmçinin
bölgələrimizdə güclü topdansatış paylama şəbəkəmiz var. GCC (Ərəb
Körfəzi) bazarında təxminən 20 paylama məntəqəmiz var və bütün GCC
ölkələrində əsasən ət, quş əti, dəniz məhsulları və digər
məhsulları paylayırıq.

Bizim öz güclü ət paylama şəbəkəmiz var, məhsulları bütün
dünyadan idxal edirik, əsasən Avstraliya, Yeni Zelandiya, bütün GCC
ölkələri və Afrika ölkələrindən idxal edirik və paylayırıq. Biz
yalnız hipermarketinə deyil, digər supermarketlərə,
hipermarketlərə, otellərə və restoranlara da təchizat edirik. Bu o
deməkdir ki, biz GCC bazarında ən böyük ət və quş əti
paylayıcılarından biriyik.

Eyni zamanda, Abu-Dabidə öz güclü ət emalı müəssisəmiz var,
müştəri tələblərinə uyğun dəyər əlavə edilmiş məhsullar istehsal
edirik və otellərə, restoranlara və pərakəndə satışa təmin
edirik”.