
Minneapolisdə immiqrasiya ilə bağlı sərt tədbirlər dayandırılıb.
APA xəbər verir ki, bu barədə şəhərdə keçirilən mətbuat konfransında Sərhəd Xidmətinin rəhbəri Tom Homan bildirib.
O, əməliyyatın sona çatmasında yerli hüquq-mühafizə orqanları ilə koordinasiyanın və immiqrasiya nəzarətinin uğurunun rol oynadığını vurğulayıb: “Mən təklif etdim və Prezident Tramp da bu əməliyyatın başa çatması ilə razılaşdı”.
Qeyd edək ki, ötən il noyabrın 29-da ABŞ hökuməti prezident Donald Trampın göstərişi ilə 3000-dən çox immiqrasiya zabitini Minneapolisə yerləşdirib və qanunsuz immiqrasiyaya qarşı əməliyyat həyata keçirilib.
Məlumata görə, əməliyyatdan əvvəl şəhərdə cəmi 150 immiqrasiya zabiti olub.
Qeyd edək ki, son həftələr ərzində ABŞ-da qanunsuzimmiqrasiya ilə mübarizə qüvvələrinin açdığı atəş nəticəsində 2 nəfər həlak olub.

