Kansler: Aİ ciddi iqtisadi çağırışlar, Çinlə rəqabət, ABŞ-nin tarif siyasəti ilə üz-üzədir

Baş səhifə
Kansler: Aİ ciddi iqtisadi çağırışlar, Çinlə rəqabət, ABŞ-nin tarif siyasəti ilə üz-üzədir

Aİ ciddi iqtisadi çağırışlar, o cümlədən Çinlə rəqabət, ABŞ-nin tarif siyasəti ilə üz-üzədir.

“Report”un Avropa bürosunun məlumatına görə, bunu Almaniya Kansleri Fridrix Mertslə birlikdə Brüssel yaxınlığındakı Alden Bissen qəsrində keçirilən qeyri-rəsmi sammitə gələn Fransa Prezidenti Emmanuel Makron deyib.

Onun sözlərinə görə, bütün bunlar Aİ-dən cavab tələb edir. “Prioritet, ilk növbədə, sadələşdirmə prosesinin sürətləndirilməsi, vahid bazarın (Aİ) dərinləşdirilməsi, enerji və maliyyələşdirmə məsələləri ilə bağlı qısamüddətli həllərdir”.

Makron, həmçinin kapital bazarları ittifaqı haqqında mühüm Fransa-Almaniya sazişini xatırladıb.