Xamenei 2 mindən çox məhkumu əfv edib

Baş səhifə

İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xamenei 2 mindən çox məhkumu əfv edib.

APA İran mediasına istinadən xəbər verir ki, Xamenei müxtəlif cinayətlərə görə məhkum edilmiş 2 108 məhkumun əfv edilməsinə və ya cəzasının yüngülləşdirilməsinə razılıq verib.

Qeyd edək ki, İran məhkəmə hakimiyyətinin rəhbəri Qülamhüseyn Möhseni Ejeyi Xameneidən Şaban ayı və İslam İnqilabının 47-ci ildönümü ilə əlaqədar Xameneiyə yazdığı məktubda məhkumların əfv edilməsini və ya cəzasının yüngülləşdirilməsini xahiş edib.

Xatırladaq ki, İran məhkəmə hakimiyyətinin rəhbəri Qülamhüseyn Möhseni Ejeyi baş vermiş son etiraz aksiyaları ilə əlaqədar həbs edilən şəxslərin əfv siyahısına daxil edilməyəcəyini açıqlayıb.