
Bakı.Trend:
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə
Rəşad Sahil oğlu İsmayılov Azərbaycanın ekologiya və təbii
sərvətlər naziri təyin edilib.
Trend yeni
nazirin dosyesini təqdim edir:
R.İsmayılov Bakı Dövlət Universitetinin (BDU) “Hüquqşünaslıq”
ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyində rəhbər vəzifəyə gələnə
qədər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri
olub.
Qeyd edək ki, R.İsmayılov bundan əvvəl ekologiya və təbii
sərvətlər nazirinin birinci müavini vəzifəsində çalışıb.


