​Diplomsuz baş məşqçi “Monako”nu xərcə saldı

Baş səhifə

Fransanın Birinci Liqasında çıxış edən “Monako” klubu ciddi problemlə üzləşib. Buna səbəb texniki heyətilə bağlı yaranmış nöqsanın bu günə kimi aradan qaldırılmamasıdır. Bu səbəbdən Avropanın ən güclü komandalarından birinə böyük məbləğdə cərimə yazılıb.

Metbuat.az xəbər verir ki, baş məşqçi Sebastyen Poqoknolinin diploma olmadığı Fransa klubu hər oyun üçün 25 min avro cərimə ödəyir. Yerli medianın məlumatına görə, indiyədək tətbiq olunan cərimələrin ümumi məbləği artıq yüzminlərlə avroya çatıb.

“Monako” rəhbərliyi məsələni həll etmək məqsədilə Fransa Futbol Federasiyası ilə danışıqlar aparır. Lakin belçikalı mütəxəssisin lisenziyasının tam təsdiqlənməsi prosesi hələ başa çatmayıb. Cərimələrin hər matç üçün tətbiq olunması klubun büdcəsinə əlavə yük yaradır. Əgər mövsümün sonuna kimi bu problem həllini tapmasa, “Monako”nun ödədiyi cərimənin məbləği 750 min avroya çatacaq.

Yaranmış vəziyyət komandanın həm Fransa çempionatındakı, həm də Avropa turnirlərindəki çıxışına təsir göstərir. Klub rəhbərliyi problemin yaxın zamanda həll ediləcəyinə ümid etdiyini bildirir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.