Zirədə tikilidə yanğın oldu

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində tikilidə yanğın
baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal
əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb
olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində taxta
konstruksiyadan ibarət söhbətgahda baş vermiş yanğın genişlənərək
bilavasitə yaxınlıqda yerləşən fərdi yaşayış evinə yayılmasına
imkan verilmədən qısa müddətdə söndürülüb.




Yanğın nəticəsində ümumi sahəsi 10kv.m. olan söhbətgah və
yaxınlıqda yerləşən fərdi yaşayış evinin dam örtüyünün yanar
konstruksiyaları 10kv.m. sahədə yanıb.

Fərdi yaşayış evi yanğından mühafizə olunub.