Bakı. Trend:
İspaniya milli komandası futzal üzrə Avropa çempionatının
finalında Portuqaliya yığmasını 5:3 hesabı ilə məğlub edib.
Trend xəbər verir
ki, həlledici görüş Sloveniyanın paytaxtı Lyublyanada
keçirilib.
Bu qələbə ilə İspaniya milli komandası tarixində səkkizinci dəfə
Avropa çempionatının qalibi olub. İspanlar daha əvvəl 1996, 2001,
2005, 2007, 2010, 2012 və 2016-cı illərdə kuboku qazanıblar və
turnir tarixində ən çox çempionluq əldə edən komandadır.
Qeyd edək ki, Portuqaliya milli komandası futzal üzrə Avropa
çempionatında iki dəfə — 2018 və 2022-ci illərdə — qalib olub.

