Bakı. Trend:
Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsində daha iki
qarşılaşma baş tutacaq.
Trend xəbər verir
ki, günün ilk oyununda “Şamaxı” doğma meydanda “Qarabağ”ı qəbul
edəcək. Görüş saat 14:30-da start götürəcək.
Günün ikinci və son qarşılaşmasında isə “Turan Tovuz” öz
arenasında “Kəpəz”lə üz-üzə gələcək. Bu oyun saat 19:00-da
başlayacaq.

