“The Washington Post” kütləvi ixtisarlara başlayıb

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin nüfuzlu “The Washington Post” qəzeti maliyyə
çətinlikləri ilə əlaqədar olaraq işçilərinin kütləvi ixtisarına
başladığını açıqlayıb.

Trend xəbər verir
ki, bu barədə “Reuters” məlumat yayıb.




Bildirilir ki, nəşrin baş redaktoru Mett Mürrey bu qərarı
kollektivlə keçirilən görüş zamanı elan edib. Onun sözlərinə görə,
“İdman şöbəsi hazırkı formada fəaliyyətini dayandıracaq”.

Nəşrin verdiyi məlumata əsasən, həyata keçirilən dəyişikliklər
bütün redaksiya şöbələrinə təsir göstərəcək. Bununla yanaşı,
siyasət və dövlət idarəçiliyinin işıqlandırılması qəzetin əsas
prioritet istiqamətləri olaraq qalacaq.