Azərbaycanın qadın güləşçiləri Xorvatiyada reytinq turnirində iştirak edirlər

Baş səhifə
Azərbaycanın qadın güləşçiləri Xorvatiyada reytinq turnirində iştirak edirlər

Xorvatiyanın paytaxtı Zaqrebdə 2026-cı ilin ilk reytinq turnirinə start verilib.

“Report” xəbər verir ki, “Zaqreb Open” yarışında Azərbaycanın qadın güləşi millisi də çıxış edir.

Baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Əsmər Cankurtaran, Elnurə Məmmədova (hər ikisi 50 kq), Nərgiz Səmədova (53 kq), Jalə Əliyeva (57 kq), Günay Qurbanova (59 kq), Birgül Soltanova (68 kq) və Zəhra Kərimzadə (72 kq) ölkəmizi təmsil edirlər.

Turnirdə I dərəcəli hakim Əli Babayev də ədaləti qoruyanlar arasında yer alıb.