Makron məktəblilərə şəxsi həyatı barədə danışıb

Baş səhifə

Fransa Prezidenti Emmanuel Makron “Vallerua-lez-Bua” məktəbində şagirdlərlə görüşüb.

Modern.az xəbər verir ki, “Closer” jurnalına müsahibəsində Makron etiraf edib ki, sıx qrafik səbəbindən şəxsi həyatını normal qura bilmir:

“Bu vəzifə çox vaxtımı alır. Balanslı həyatım yoxdur, ailəmə və yaxınlarıma kifayət qədər vaxt ayıra bilmirəm,” – deyə o bildirib.

Prezident əlavə edib ki, bəzi məqamlarla razı deyil və vətəndaşların bir qismi onun qərarlarından narazıdır. Makron həmçinin Avropa İttifaqındakı böhranlardan əziyyət çəkən fermerlərlə də görüşüb.