
Bakı. Trend:
Amerikalı milyarder İlon Maskın “SpaceX” şirkəti fevralın 2-də
buxarılışı zamanı qeydə alınan nasazlıqla əlaqədar “Falcon 9”
raketlərinin buraxılışını dayandırıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Problem “Starlink” sisteminə aid 25 peykdən ibarət qrupun ikinci
pillədən ayrılmasından sonra həmin pillənin orbitdən çıxarılması
zamanı baş verib.
Plana əsasən, “Falcon 9” raketinin növbəti buraxılışı 6 fevral
tarixinə nəzərdə tutulurdu.
Məlumata görə, raket buraxılışlarına və onların ictimai
təhlükəsizliyə təsirinə nəzarət edən ABŞ Federal Mülki Aviasiya
Administrasiyasının nümayəndəsi ABŞ-də şatdaun fonunda ödənişsiz
məzuniyyətə göndərilib və “Reuters” agentliyinin sorğusuna cavab
verməyib.


