Göygöldə dərədən kişi meyiti tapıldı

Baş səhifə

Bakı.Trend:

Göygöl rayonunda kişi meyiti tapılıb. Meyit günorta saatlarında
Molla Cəlilli kəndi ərazisindəki dərədən aşkar edilib.

Trend-in
məlumatına görə polis və prokurorluq əməkdaşları hadisə yerinə
gəlib.




Meyiti tapılan şəxsin 1986-cı il təvəllüdlü Sabiq Quliyev olduğu
müəyyən edilib. Meyitin üzərində kəsilmiş, deşilmiş yaralar
var.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.