Tehranda bazar yanır

Baş səhifə

Bakı. Trend:

İranın Tehran şəhərində Cənnətabad məntəqəsində bazarda güclü
yanğın başlayıb.

Trend-in
məlumatına görə, bunu Tehran Yanğınsöndürmə İdarəsinin sözçüsü
Calal Məleki yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, yerli vaxtla saat 09:55-də başlayan yanğın
2 min kvadratmetr ərazini əhatəyə alıb.




Məleki bildirib ki, yanğının söndürülməsi üçün əraziyə
yanğınsöndürən texnika cəlb olunub.

Yanğının səbəbi hələlik məlum deyil.