Almaniya XİN rəsmi Moskvanın ittihamına sərt reaksiya verdi

Baş səhifə

Bakı. Trend:

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Rusiya Xarici
İşlər Nazirliyinin (XİN) bəyanatında Almaniya hökumətinin
“revanşistlər” kimi təqdim olunmasına sərt reaksiya verib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

“Bu, Rusiyanın ucuz, diqqəti yayındırmaq məqsədli bir
taktikasıdır”,- deyə XİN rəhbəri bildirib.




O vurğulayıb ki, Almaniyanın öz keçmişinin tənqidi təhlili ilə
bağlı heç bir problemi yoxdur.

Xatırladaq ki, bundan əvvəl Rusiya XİN bəyanatında Almaniya
hökuməti Moskva ilə ultimatum dilində danışmaqda ittiham olunmuş və
ölkə rəhbərliyi “revanşistlər” kimi təqdim edilmişdi.

“Revanşist qüvvələr nəzərə almalıdırlar ki, Ukrayna ərazisində
yerləşdiriləcəyi təqdirdə bütün xarici hərbi kontingentlər, o
cümlədən Almaniya kontingenti, Rusiya Silahlı Qüvvələri üçün
legitim hədəflərə çevriləcəklər”, — deyə Rusiya XİN
bildirmişdi.