
Bakı. Trend:
Bu ilin yanvarın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və
qeyri-banklar tərəfindən ev təsərrüfatlarına qoyulmuş kreditlərin
həcmi 19,053 milyard manata çatıb.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 334,7 milyon manat
və ya 1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,022 milyard
manat və ya 11,9% çoxdur.
Qeyd edək ki, ümumilikdə bu ilin yanvarın 1-nə Azərbaycanda real
sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,471 milyard manat
təşkil edib.
Bu da aylıq müqayisədə 462,5 milyon manat və ya 1,4%, 2024-cü
ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,7 milyard manat
və ya 9,2% artım deməkdir.

