Misli Premyer Liqasında XVIII turun növbəti oyunları keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Misli Premyer Liqasında XVIII turun növbəti oyunları
keçiriləcək.

Trend xəbər verir ki, bu gün iki qarşılaşma baş tutacaq.

Günün ilk oyununda “Kəpəz” “Şamaxı”nı qəbul edəcək. Qarşılaşma
saat 14:30-da start götürəcək.




Günün ikinci oyununda “Zirə” klubu öz meydanında “Sabah”
komandası ilə üz-üzə gələcək. Bu matç saat 17:00-da başlayacaq.

Qeyd edək ki, tura fevralın 1-i yekun vurulacaq.