Türkiyədə silahlı insidentdə yeddi nəfər yaralanıb

Baş səhifə
Türkiyədə silahlı insidentdə yeddi nəfər yaralanıb

Türkiyədə silahlı insident nəticəsində yeddi nəfər yaralanıb.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, hadisə Malatyanın Battalgazi rayonunda baş verib.

Belə ki, Miraç A. Mert Y.-yə əvvəlcə iş yerində, daha sonra isə qaçıb gizləndiyi çayxanaya ov tüfəngi ilə bir neçə atəş açıb.

Hadisə zamanı Mert Y. və çayxanadakı altı nəfər yaralanıb, hadisəni törədən şəxs isə polis tərəfindən saxlanılıb.

Qeyd olunub ki, yaralanan yeddi nəfər ilkin tibbi yardım aldıqdan sonra şəhərdəki müxtəlif xəstəxanalara aparılıb.