Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Venesuela üzərindəki hava məkanının
yenidən açıldığını bildirib.
Trend-in məlumatına görə, bu barədə “Bloomberg” agentliyi xəbər
verib.
“ABŞ prezidenti Donald Tramp Nikolas Maduronun devrilməsindən
sonra əlaqələri yeniləmək səyləri çərçivəsində cümə axşamı
Venesuela üzərində hava məkanının açılması barədə əmr verdiyini
bildirib”, – deyə bildirilib.
Tramp Pentaqona və Nəqliyyat Nazirliyinə günün sonuna qədər
lazımi dəyişikliklər etməyi tapşırdığını söyləyib və qeyd edib ki,
Rodrigez ona ölkənin təhlükəsizlik vəziyyətinin
yaxşılaşdırılmasında irəliləyiş əldə etdiyini deyib.

