
Bakı. Trend:
ABŞ Kubadan milli təhlükəsizliyə “təhdid” səbəbindən fövqəladə
vəziyyət elan edib.
Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp fərman
imzalayıb.
“Kubadakı vəziyyətin Amerika Birləşmiş Ştatlarının milli
təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə bir
təhdid təşkil etdiyini düşünürəm (…) və bununla əlaqədar olaraq
milli fövqəladə vəziyyət elan edirəm”, – deyə sənəddə
bildirilib.
Trampın sözlərinə görə, Kuba rejimi Rusiya, Çin və İran da daxil
olmaqla “çoxsaylı düşmən ölkələrlə”, eləcə də “transmilli terrorçu
qruplar və ABŞ-yə düşmən olan pis niyyətli subyektlərlə” əməkdaşlıq
edir.


