Trampın İrana göndərdiyi "böyük armada"ya nələr daxildir…

Baş səhifə

ABŞ Prezidenti Donald Tramp İranı Fars körfəzinə doğru göndərdiyi “nəhəng armada” ilə hədələyib.

“Nəhəng bir armada İrana doğru gedir. O, sürətlə, böyük güc, həvəs və məqsədlə hərəkət edir
Bu, Venesuelaya göndərilən nəhəng təyyarədaşıyan gəmidən daha böyük bir donanmadır.

Bu donanma Venesuelada olduğu kimi, İranla da bağlı lazım olduğu təqdirdə, öz missiyasını böyük sürətlə, qüdrətlə yerinə yetirməyə hazırdır, həvəslidir və qadirdir. Ümid edirik ki, İran tez bir zamanda bütün tərəfləri qane edən ədalətli, bərabər, nüvə silahından imtina olunmuş razılaşma üçün danışıqlar masasına oturacaq…. Ək halda, növbəti hücum daha pis olacaq! Bunun bir daha təkrarlanmasına imkan verməyin!”, – deyə ABŞ Prezidenti qeyd edib.

Bəs İslam Respublikasına zərbə endirə biləcək ABŞ qüvvələrindən ibarət “böyük armada” barədə nələr məlumdur:

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın İrana doğru göndərdiyi “böyük armada”ya təyyarədaşıyan “Abraham Linkoln” gəmisi başçılıq edir. Onun zərbə qrupu artıq Yaxın Şərqdədir və komandanlıqdan əmr gözləyir. BBC-nin məlumatına görə, Pentaqon qüvvələrinin Cənub-Şərqi Asiya sahillərinə çatması bir həftədən çox vaxt aparıb.

ABŞ donanmasının və hava qüvvələrinin dəqiq yeri açıqlanmır, lakin bəzi mənbələr “böyük armada”nın Oman yaxınlığında – Hind okeanında yerləşdiyini iddia ediblər. Hazırda onun İran sahillərindən təxminən 800 kilometr məsafədə olduğu güman edilir.


“Abraham Linkoln” təyyarədaşıyan gəmisi əsasən üzən aerodromdur və 90-a qədər təyyarə və helikopter yerləşdirə bilir.
“İnterfaks”ın məlumatına görə, Amerika flaqman gəmisi hazırda üç eskadrilya F/A-18 qırıcı təyyarəsi və bir eskadrilya F-35C beşinci nəsil qırıcı təyyarəsi daşıyır. Aviadaşıyıcı döyüş qrupuna F-15 qırıcıları da daxildir.

Bundan əlavə, “böyük armada”ya köməkçi gəmilər və “Tomahavk” qanadlı raketləri üçün buraxılış qurğuları olan üç esmines daxildir.
“The Jerusalem Post” qəzeti aydınlaşdırıb ki, idarə olunan raket esminesləri USS Mitscher, USS McFaul və USS Roosevelt də ABŞ Mərkəzi Komandanlığının Yaxın Şərq məsuliyyət zonasındadır.

Hərbi gəmilər və təyyarələrdən ibarət “böyük armada” bölgədəki yeganə ABŞ qüvvələri deyil. Açıq mənbələrə görə, amerikalıların İran yaxınlığında 8 hərbi obyekti var, o cümlədən Qətərdəki Əl-Udeyd Hava və Dəniz Bazası. Pentaqon həmçinin 40.000-50.000 əsgərin yerləşdiyi 10-dan çox müvəqqəti hərbi bazanı təmin edib.

Strateji bombardmançı təyyarələrin İrana hücum etmək üçün hazırlandığı güman edilir.

Xarici media yazır ki, 26 yanvardan bəri ABŞ Mərkəzi Komandanlığı Şimali Afrikadan Cənub-Şərqi Asiyaya qədər öz məsuliyyət zonasında çoxgünlük təlimlər keçirir.

ABŞ-ın İslam Respublikasına zərbə endirməsi ilə bağlı proqnozlar müxtəlifdir. Qlobal media hücum üçün vaxt çərçivəsini – həftənin sonuna qədər – göstərir. Müşahidəçilər, politoloqlar və hərbi ekspertlər proqnozlarının səhv ola biləcəyini etiraf edirlər, çünki zərbə endirmək qərarı gözlənilməzliyi ilə tanınan ABŞ prezidenti Donald Trampa aiddir.

Amerika lideri yeni ilin ilk günlərindən İran hakimiyyətini təhdid edir. Sosial mediada Ağ Ev rəhbəri İslam Respublikasındakı etirazçılara kömək vəd etmiş və əgər onlar öldürülərsə, ölkə rəhbərliyini hücum edəcəyilə hədələmişdi.

“Böyük armada” Yaxın Şərqə gələndə Tramp Tehranın güzəştə getməyə hazır olduğunu və Vaşinqtonla razılığa gəlmək niyyətində olduğunu bildirib.
Bu arada, İslam Respublikası rəhbərliyi dəfələrlə ABŞ-ın mümkün təcavüzünə cavab verəcəyini vurğulayıb.

A.Qorxmaz