Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmaları 4%-ə yaxın artıb

Baş səhifə

Bakı. Trend:

Dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları
2025-ci il üzrə dövlət büdcəsinin ümumi daxilolmalarının 51,9
faizini təşkil etməklə 20,303 milyard manat olub ki, bu da 2024-cü
illə müqayisədə 702,4 milyon manat və ya 3,6 faiz çoxdur.

Trend bu
barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.




Hesabat ili ərzində dövlət büdcəsinin gəlirlərində
qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 59,1 faizini və ya
12006,1 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar,
31,4 faizini və ya 6,370 milyon manatını gömrük orqanlarının xətti
ilə daxilolmalar, 3,3 faizini və ya 679,7 milyon manatını dövlət
büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən
daxilolmalar, 5,9 faizini və ya 1200,8 milyon manatını sair
daxilolmalar, 0,3 faizini və ya 46,2 milyon manatını dövlət
əmlakının icarəyə verilməsindən daxilolmalar təşkil edib.

2024-cü illə müqayisədə 2025-ci ildə qeyri-neft-qaz sektoru üzrə
vergi orqanlarının xətti ilə daxilolmalar 978,6 milyon manat və ya
8,9 faiz, dövlət əmlakının icarəyə verilməsindən və sair
daxilolmalar 120,8 milyon manat və ya 10,7 faiz, dövlət büdcəsindən
maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən
daxilolmalar isə 131,8 milyon manat və ya 24,1 faiz çox icra
olunub.