Bakı. Trend:
Rusiya, ABŞ və Ukraynadan ibarət üçtərəfli işçi qrupunun ilk
görüşü yanvarın 23-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı
Əbu-Dabidə keçiriləcək.
Trend-in
məlumatına görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri
Uşakov brifinqdə bildirib.
Onun sözlərinə görə, təhlükəsizlik məsələləri üzrə üçtərəfli
işçi qrupunun ilk iclasının bu gün, 23 yanvar tarixində Əbu-Dabidə
keçirilməsi barədə razılıq əldə olunub.

