ABŞ Ümumdünya Səhiyyə Təşkilatından rəsmi şəkildə çıxıb

Baş səhifə

Bakı. Trend:

ABŞ rəsmi şəkildə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST)
çıxıb.

Trend xəbər verir
ki, üzvlüyə xitam verilməsi ilə bağlı ABŞ Dövlət katibi Marko Rubio
və səhiyyə və tibbi xidmətlər katibi Robert Kennedi birgə bəyanat
yayıblar.

Bəyanatda bildirilib ki, bu qərar COVID-19 pandemiyası dövründə
ÜST-ün uğursuz siyasətinə cavab olaraq və bunun ABŞ xalqına vurduğu
ziyanın aradan qaldırılması məqsədilə qəbul edilib.




Sənəddə vurğulanır ki, bir çox beynəlxalq təşkilatlar kimi, ÜST
də əsas missiyasından uzaqlaşıb və dəfələrlə ABŞ-ın maraqlarına
zidd addımlar atıb. “ABŞ təsisçi üzv və ÜST-ün ən böyük maliyyə
təminatçısı olsa da, təşkilat Amerika maraqlarına düşmən olan
ölkələr tərəfindən idarə olunan siyasiləşdirilmiş və bürokratik
gündəm həyata keçirib”, – deyə bəyanatda qeyd olunub.

Bəyanata görə, bu yanaşma nəticəsində ÜST amerikalıların
həyatını xilas edə biləcək mühüm məlumatların vaxtında və dəqiq
paylaşılmasına mane olub, sonradan isə bu uğursuzluqları ictimai
səhiyyə maraqları ilə əsaslandırmağa çalışıb.