“Qalatasaray” Tiaqo Almadanı icarəyə götürmək istəyir

Baş səhifə

Bakı. Trend:

“Qalatasaray” argentinalı oyunçu Tiaqo Almadanı icarəyə götürmək
üçün “Atletiko Madrid”ə iddialı təklif təqdim edib.

Trend xəbər verir
ki, Türkiyə klubu icarə haqqı üçün 3 milyon avrodan çox vəsait
ayırır və oyunçunun maaşını tam ödəməyə hazırdır. Müqavilənin
sonunda satınalma variantının daxil edilməsi barədə müzakirələr isə
davam edir.




Məlumata görə, Almadan “Qalatasaray”ın təklifinə maraq göstərir
və artıq baş məşqçi Okan Burukla müsbət danışıqlar aparıb.
Oyunçunun razılığı klubun danışıqlarda üstün mövqeyə sahib olmasına
səbəb olub.

“Atletiko Madrid” hələ müqavilənin strukturunu qiymətləndirir,
lakin həm klubun, həm də oyunçunun yüksək marağı danışıqların yaxın
günlərdə sürətlə irəliləyə biləcəyini göstərir.