Burkina Fasodasilahlı qruplaşma 11 polisi öldürdü

Baş səhifə

Bakı. Trend:

Burkina Fasonun şərqində qeyri-qanuni silahlı qruplaşmanın
hücumu nəticəsində azı 11 polis ölüb.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.




Məlumata görə, yüzlərlə yaraqlının ölkənin Qourma əyalətinin
Balqa rayonunda asayiş nəzarətçilərinə hücumu 7 polisin ölümü ilə
nəticələnib. Digər 4 qanun keşikçisi isə aldığı xəsarətlərdən
xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Afrikanın Sahel bölgəsində yerləşən Burkina Faso
2015-ci ildən vaxtaşırı “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəli
olan silahlı qruplaşmaların hücumları ilə üzləşir.