Almaniyada zəncirvari qəza: 30-a yaxın yaralı var

Baş səhifə

Bakı. Trend:

Almaniyanın qərbində, Şimali Reyn-Vestfaliya federal əyalətində
yerləşən Essen şəhəri yaxınlığından keçən “A42” avtomagistralda
zəncirvari qəza olub.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata görə, yolun buz bağlaması səbəbindən azı 26 avtomobil
bir-birinə toqquşub. İnsident nəticəsində 25 nəfər xəsarət
alıb.

Yerli dispetçer mərkəzinin bildirdiyinə görə, ilk avtomobil
buzlanma səbəbindən yoldan çıxıb, daha sonra digər nəqliyyat
vasitələri zəncirvari olaraq bir-birinə çırpılıb. Hazırda
avtomagistralın həmin hissəsində hərəkət dayandırılıb.