Avropa Komissiyası bu tarixdən Ukraynaya iri məbləğdə maliyyə yardımı göstərəcək

Baş səhifə

Bakı. Trend:

Avropa Komissiyası (AK) Avropa Şurasının 2026–2027-ci illərdə
Ukraynaya 90 milyard avro həcmində birgə kredit formasında maliyyə
yardımı göstərilməsi ilə bağlı qərarına əsasən, bu vəsaitlərin
ayrılmasına cari ilin ikinci rübündə başlamağa hazırlaşır.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə komissiyanın rəsmi nümayəndəsi
Balaş Uyvari açıqlama verib.




“Biz vaxtında müəyyən sayda qanunvericilik aktları
hazırlamalıyıq və ümid edirəm ki, bunu kifayət qədər tez edəcəyik.
Beləcə biz, cari ilin ikinci rübünün əvvəlində ödənişlərə başlaya
biləcəyik”, – deyə Uyvari bu gün Brüsseldə keçirilən brifinqdə
Kiyevə yaxın iki il üçün vəd edilən kreditə dair sualı
cavablandıran zaman bildirib.

O əlavə edib ki, yaxın vaxtlarda AK tərəfindən Ukraynaya
qanunvericiliklə bağlı bir sıra təkliflər irəli sürüləcək.
Uyvarinin sözlərinə görə, bu təkliflərdə Ukraynanın hərbi və büdcə
məqsədləri üçün vəsaitlərin bölüşdürülməsi qaydası
göstəriləcək.