Azərbaycan millisinin baş məşqçisi: “Məqsəd dünya çempionatının seçmə mərhələsinə yaxşı hazırlaşmaqdır”

Baş səhifə
Azərbaycan millisinin baş məşqçisi: Məqsəd dünya çempionatının seçmə mərhələsinə yaxşı hazırlaşmaqdır

Azərbaycanın futzal millisinin qarşısına qoyulan əsas məqsəd dünya çempionatının seçmə mərhələ oyunlarına yaxşı hazırlaşmaqdır.

Bunu “Report”a açıqlamasında yığmanın baş məşqçisi Yevgeni Kukseviç deyib.

O, qarşıda bir sıra vəzifələrin durduğunu söyləyib:

“Qarşımda komandanın gəncləşdirilməsi, perspektivli oyunçuların baxışdan keçirilməsi və vətənpərvərlik atmosferinin formalaşdırılması kimi vəzifələr dayanıb. Təlim-məşq toplanışına yanvarın 18-də başlamağı planlaşdırırıq. Hazırlıq çərçivəsində 4 məşqimiz, ayın 22-si və 24-də isə yoxlama oyunlarımız olacaq. Danimarka millisinin təhlili də daxil olmaqla, texniki-taktiki hazırlıqlar üçün kifayət qədər video-materialdan istifadə edəcəyik”.

Qeyd edək ki, Azərbaycan millisi Danimarka yığması ilə yanvarın 22-si və 24-də Bakı İdman Sarayında münasibətləri aydınlaşdıracaq.