Serbiya DİN güclü qar yağışı səbəbindən bütün təcili yardım qüvvələrini səfərbər edib

Baş səhifə

Bakı. Trend:

Serbiya Daxili İşlər Nazirliyi ölkənin bəzi yerlərində güclü qar
yağışı səbəbindən əhaliyə kömək etmək üçün fövqəladə hallar
sektorunun bütün resurslarını səfərbər edib.

Trend-in məlumatına görə, bu barədə nazirliyin mətbuat xidməti
bildirib.




Məlumata əsasən, Serbiyanın Baş naziri Djuro Matsuta və Daxili
İşlər naziri İvitsa Daçiçin əmri ilə bütün mövcud fövqəladə hallar
üçün ehtiyatlar “əhalinin prioritetlərinə və ehtiyaclarına uyğun
olaraq yerli olaraq yerləşdirilib”.

Qar yağışı səbəbindən ölkə daxilində doqquz şəhər və bələdiyyədə
fövqəladə vəziyyət elan edilib. Bunlara Loznitsa, Valyevo, Oseçina,
Mali Zvornik, Krupanj, Vladimirçi, Majdanek, Sjenitsa və Priyepolye
bələdiyyəsinin ərazisinin bir hissəsi daxildir.