Bakı. Trend:
“Roma” qış transfer pəncərəsində Radu Drequşinin keçidi ilə
bağlı “Tottenhem”lə danışıqlar aparır.
Trend xəbər verir ki, son
saatlarda mümkün transferin maliyyə şərtləri müzakirə olunub.
Rumıniyalı müdafiəçi çarpaz bağların qopması səbəbindən 11 aylıq
fasilədən sonra dekabrın sonunda “Tottenhem”in heyətinə qayıdıb.
Cari mövsümdə o, cəmi 5 dəqiqə oynayıb.

