Xırdalanda avtomobilə qəsdən 11 min manatlıq ziyan vuran şəxs saxlanılıb

Baş səhifə

Bakı.Trend:

Abşeron rayonu Xırdalan şəhəri ərazisində yaşayan sakinlərdən
biri evinin qarşısında saxladığı “Range Rover” markalı
avtomobilinin şüşələri və arxa işıqlarının sındırıldığı, həmçinin
nəqliyyat vasitəsinin şinlərinin qəsdən yararsız hala salındığı
barədə polisə məlumat verib.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.




Bildirilib ki, o, şikayətində hadisə zamanı əmlakına 11000 manat
maddi ziyan dəydiyini bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan
əməli törətməkdə şübhəli bilinən 22 yaşlı C.Hüseynov saxlanılıb.
Araşdırmalarla hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi
məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.