
Bakı. Trend:
Ölkənin birinci bankı Kapital Bank yaşlı nəslin həyat
keyfiyyətinin yüksəldilməsi və təqaüd dövrünün daha fəal
keçirilməsi məqsədilə “Üçüncü Bahar” İctimai Birliyinin “YAŞA”
Mərkəzlərinə dəstək göstərməyə davam edir. Bu istiqamətdə 4-cü
“YAŞA” Mərkəzi paytaxt Bakıda istifadəyə verilib.
Yeni mərkəz, İçərişəhər və ətraf ərazilərdə yaşayan yaşlı
insanlar üçün sosial əlaqələrin gücləndirilməsi, birgə öyrənmə və
paylaşma mühitinin yaradılması, həmçinin fəal həyat tərzinin
təşviqi sahəsində vacib layihələrin həyata keçirilməsini
hədəfləyir. Burada yaşlıların bir araya gələrək öz bacarıqlarını
inkişaf etdirmələri, həyat təcrübələrini bölüşmələri və özlərini
cəmiyyətin aktiv üzvü kimi hiss etmələri üçün bütün lazımi şərait
yaradılıb. Mərkəzin xidmətlərindən yararlanmaq istəyən şəxslər
(+99450)343-44-14 nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə
bilərlər.
2017-ci ildən etibarən “Üçüncü Bahar” İctimai Birliyi ilə
əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə çərçivəsində ötən
dövr ərzində 45 000 nəfərdən çox təqaüdçü müxtəlif təlimlərə cəlb
olunub. Artıq 9 ildir ki, Kapital Bank-ın dəstəyi ilə Bakı,
Mingəçevir və Şamaxı şəhərlərində “YAŞA” Mərkəzlərinin uğurlu
fəaliyyəti təşkil olunur. Bank əməkdaşlarının mentorluğu ilə
keçirilən təlimlərdə 200-dən çox təqaüdçüyə maliyyə, hüquq və
informasiya təhlükəsizliyi mövzularında vacib bacarıqlar öyrədilib.
Bu təşəbbüs Kapital Bank-ın yaşlı nəslin həyat keyfiyyətinin
artırılmasına, onların cəmiyyətə inteqrasiyasına və sağlamlığının
qorunmasına yönələn davamlı sosial məsuliyyət fəaliyyətinin növbəti
addımıdır.
“YAŞA” Mərkəzlərində yaşlılar üçün gündəlik əsasda müxtəlif
dərnəklər və məşğələlər təşkil olunur. Proqramlara qurama, toxuma,
ingilis dili, rəsm, musiqi və digər yaradıcılıq fəaliyyətləri
daxildir. Bununla yanaşı, informasiya sessiyaları, master-klasslar
və tematik tədbirlər vasitəsilə ahıllar yeni bilik və bacarıqlar
qazanır, sosial mühitdə fəal iştirak imkanları əldə edirlər. Bu
fəaliyyətlər yaşlı insanların həm fiziki, həm də psixoloji
sağlamlığının qorunmasına, onların gündəlik həyatlarının daha
keyfiyyətli və dolğun təşkilinə xidmət edir.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və
Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 52 şöbəsi ilə
müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha
ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196
Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi
üçün – https://kbl.az/prgtk,
Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.

