İsveç sülh sazişindən sonra Ukraynaya “JAS Gripen” qırıcılarını göndərməyə hazırdır

Baş səhifə

Bakı. Trend:

Sülh sazişi imzalandıqdan sonra İsveç Ukraynaya hava müşahidəsi
tapşırıqlarını yerinə yetirmək üçün “JAS Gripen” qırıcılarını
göndərməyə hazırdır.

Trend xəbər verir
ki, bunu İsveçin Baş naziri Ulf Kristersson Parisdə Ukrayna üçün
təhlükəsizlik zəmanətlərinin müzakirə olunduğu görüşdən sonra
bildirib




Onun sözlərinə görə, İsveç daha geniş beynəlxalq missiyanın
tərkibində iştirak etməyi planlaşdırır və bu missiyaya Qara dənizdə
minalardan təmizləmə əməliyyatları da daxil ola bilər. Bundan
əlavə, Stokholm Ukraynanın müdafiə qabiliyyətini uzunmüddətli
perspektivdə gücləndirmək məqsədilə ukraynalı əsgər və zabitlərin
hazırlanmasını davam etdirməyi nəzərdə tutur.

Baş nazir vurğulayıb ki, Parisdə keçirilən görüş Ukrayna üçün
etibarlı və real təhlükəsizlik zəmanətlərinin formalaşdırılması
istiqamətində atılmış növbəti mühüm addımdır.